İrəvanda Ermənistan-Türkiyə futbol matçına 5 min bilet satılmayıb.
Modern.az "Joğovurd" qəzetinə istinadən xəbər verir ki, biletlər xüsusi adamlara paylanacaq.
Məlumata görə, təşkilatçıların satışını dayandırması biletlərin qıtlığına və onların kəskin bahalaşmasına səbəb olub.
Nəşr yazıb ki, Futbol Federasiyası oyun zamanı həddin aşılması hallarının qarşısını almaq üçün sadiq azarkeşlər arasında biletləri paylayacaq.
Qeyd olunub ki, onlayn bilet satışının başlanması martın 6-da elan edilmişdi, lakin martın 13-də onların bitdiyi məlum olub. Nəticədə biletlər qara bazarda satılır və ilkin qiymət olan 3-5 min dram əvəzinə 25-35 min dram qiymətinə təklif olunur.
Avropa Çempionatı çərçivəsində baş tutacaq Türkiyə-Ermənistan futbol matçı 8 sentyabrda keçiriləcək.