Modern.az

Toğrul Nərimanbəyov sabah dəfn olunacaq

Toğrul Nərimanbəyov sabah dəfn olunacaq

Təhsil

12 İyun 2013, 12:06


Bir neçə gün öncə dünyasını dəyişən Azərbaycanın görməkli rəssamı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, SSRİ və Azərbaycan Xalq Rəssamı Toğrul Nərimanbəyov sabah dəfn olunacaq. Modern.az-ın məlumatına görə, rəssam sabah Fransada torpağa tapşırılacaq.

Toğrul Nərimanbəyovun doğma vətənində dəfn olunması gözlənilsə də həyat yoldaşı təkidlə onun yaşadığı Fransada  torpağa tapşırılmasını israr edirdi.

Qeyd edək ki, SSRİ və Azərbaycan Xalq Rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Toğrul Fərman oğlu Nərimanbəyov ömrünün 83-cü ilində vəfat edib. Azərbaycanın dövlət və hökumət rəsmiləri də Toğrul Nərimanbəyovun vəfatı ilə əlaqədar başsağlığı veriblər

A.RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama