Modern.az

İran və Səudiyyənin yaxınlaşması strateji balansı dəyişəcək - Kissincer

İran və Səudiyyənin yaxınlaşması strateji balansı dəyişəcək - Kissincer

17 Mart 2023, 14:48

İran və Səudiyyə Ərəbistanının yaxınlaşması strateji balansı dəyişəcək.

 

Modern.az xəbər verir ki, bunu “The Washington Post”a açıqlamasında ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.

 

O qeyd edib ki, Çin son illərdə dünya nizamının yaradılmasında iştirak etməli olduğunu bəyan edib: "İndi o, bu istiqamətdə mühüm addım atıb".

 

Məqalənin müəllifi, köşə yazarı Devid İqnasisin fikrincə, Yaxın Şərqdəki vəziyyət ABŞ-ın artıq bölgədə əvəzolunmaz güc olmadığını göstərir.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı İranın Ər-Riyadla Çinin vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı həyata keçirəcəyini gözləyir.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu