Slovakiya Nazirlər Kabineti 13 ədəd MiQ-29 qırıcısının Ukraynaya təhvil verilməsini təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə Slovakiya hökumətinin başçısı Eduard Heqer Twitter hesabında məlumat verib.
"Ukraynaya 13 MiQ-29 göndərilməsi indicə təsdiqlənib. Vədlərə əməl edilməlidir. Zelenski daha çox silah, xüsusən də qırıcı təyyarələr tələb edəndə dedim ki, əlimizdən gələni edəcəyik",- deyə baş nazir qeyd edib.