Modern.az

Sabir Rüstəmxanlı xaricdə oxuyan məmurlardan şikayətləndi: “Xalq onları istəmir…”

Sabir Rüstəmxanlı xaricdə oxuyan məmurlardan şikayətləndi: “Xalq onları istəmir…”

Aktual

17 Mart 2023, 16:47

Maaş və pensiyaların artımı ilə bağlı sərəncam imzalandıqdan yarım saat sonra süni qiymət artımına başlayırlar.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

 

“Bazarlarda kim necə istəyir məhsullara qiymət qoymağa başlayır. Bu süni qiymət artımının, özbaşınalığın qarşısını almalıyıq. Digər tərəfdən kadrların biri gedir, o biri gəlir, amma vəziyyət dəyişmir. Bildirim ki, xalq torpaqdan başı çıxan insan istəyir. Bəzəkli xarici universitetləri oxuyan, xarici dillərdə danışan vəzifəli şəxsləri istəmirlər. Çünki o bəzəkli yerdə oxuyanların heç birinin torpaqdan başı çıxmır”,- deyə deputat bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır