Modern.az

Türkiyədə zəlzələlərin vurduğu ziyanın miqdarı AÇIQLANDI

Türkiyədə zəlzələlərin vurduğu ziyanın miqdarı AÇIQLANDI

İqtisadiyyat

17 Mart 2023, 17:00

Türkiyədə ötən ay baş verən zəlzələlər nəticəsində ölkə iqtisadiyyatına 2 trilyon lirə (103.6 milyard dollar) ziyan dəyib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Xəzinə və Maliyyə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, zəlzələr nəticəsində milli gəlirdə 351,4 milyard lirə azalma olub.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!