Modern.az

Məktəblərə şəhid adının verilməsi təklifinə Əli Əsədovdan CAVAB

Məktəblərə şəhid adının verilməsi təklifinə Əli Əsədovdan CAVAB

17 Mart 2023, 17:16

Bu gün şəhidlərin adlarının əbədiləşdirilməsi ilə bağlı məsələ qaldırıldı. Şəhidlərin adlarının məktəblərə verilməsi təklif olundu.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib.

 

“Bildirim ki, Azərbaycanda 4500-ə qədər məktəb var. Onlardan 3600-ə yaxınının artıq adları var. Elə şəhidlər var ki, onların bir neçəsi bir məktəbdə oxuyub. Ona görə də burada bəzi problemlər yaranır”, - Baş nazir vurğulayıb.

 

Əli Əsədov Vətən müharibəsində şəhid olan 3 min şəxsin hər birinin ölüm kağızına qol çəkdiyini söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir