Türkiyənin Ağrı vilayətinin bələdiyyə sədri Savcı Sayan istefa verib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə onun özü açıqlama yayıb.
Bələdiyyə sədri istefasına səbəb kimi qarşıdakı seçkilərdə deputatlığa namizəd olacağını göstərib.
Sayanın hakim Ədalət və İnkişaf Partiyasının (AKP) proporsional siyahısı üzrə namizədliyinin irəli sürüləcəyi qeyd olunub.