Modern.az

Macarıstan da Finlandiyaya dedi 

Macarıstan da Finlandiyaya HƏ dedi 

17 Mart 2023, 23:17

Macarıstanın hakim partiyası bu ayın sonunda keçiriləcək parlament sessiyasında Finlandiyanın NATO üzvlüyünü təsdiqləmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə partiyanın yaydığı bəyanatda deyilir.

 

Parlamentdə səsvermə martın 27-də keçiriləcək və hakim Fidesz partiyası Finlandiyanın təklifinin lehinə yekdilliklə səs verəcək.

 

Partiya bəyan edib ki, İsveçin NATO-ya qəbul olması ilə bağlı qərar daha sonra veriləcək.

 

Qeyd edək ki, Türkiyə də Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI