Modern.az

Laçında AĞIR QƏZA: Ölən və yaralı var

Laçında AĞIR QƏZA: Ölən və yaralı var

Hadisə

18 Mart 2023, 10:34

Laçın şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında Laçında inşa olunan hava limanı yolunda qeydə alınıb. 

 

Qəza nəticəsində bir nəfər həlak olub, daha bir nəfər isə xəsarət alıb. Yaralanan şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

 

Dünyasını dəyişən Şamo Feyzəliyevin atası Şahmar Feyzəliyev Modern.az-a faktı təsdiqləyib. O, oğlunun sürücü olduğunu, hazırda qəza ilə bağlı araşdırma aparıldığını söyləyib.

 

Əlavə məlumat veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir