Modern.az

Polis İmran Xanın evinə basqın etdi - 60 nəfər tutuldu 

Polis İmran Xanın evinə basqın etdi - 60 nəfər tutuldu 

Dünya

18 Mart 2023, 16:18

Pakistan polisi keçmiş baş nazir İmran Xanın Lahordakı iqamətgahına basqın edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, polis Xanın "Təhrik-e-İnsaf" partiyası və tərəfdarlarının yaratdığı blokadanı aradan qaldırmağa çalışıb.

 

Xanın tərəfdarları polislərə daşla müqavimət göstərib. Daha sonra keçmiş baş nazirin iqamətgahının damından polisə atəş açılıb.

 

Polis Xanın iqamətgahının əsas qapısını açıb və orada polisə hücum üçün istifadə edilən maskalar, "Molotov kokteyli", dəmir dəyənəklər aşkar edib.

 

"Reuters" agentliyinin məlumatına görə, polis 60-a yaxın şəxsi həbs edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi