Modern.az

Bulvarda kişi meyiti tapıldı 

Bulvarda kişi meyiti tapıldı 

Aktual

18 Mart 2023, 17:42

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park yaxınlığında, dənizdə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, meyitin dənizdən çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.

 

Görülən tədbirlər nəticəsində meyit dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycandan Ermənistana çagırış-Bakıya gəlin!