Modern.az

Azərbaycanın Özbəkistandakı səfiri xarici diplomatları Bakıya gətirib - FOTOLAR

Azərbaycanın Özbəkistandakı səfiri xarici diplomatları Bakıya gətirib - FOTOLAR

Təhsil

12 İyun 2013, 17:09

Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyinin təşəbbüsü ilə bəzi xarici ölkələrin (Belorus, Türkiyə, Çexiya, Bolqarıstan, Qırğızıstan, Ukrayna) Daşkənddəki səfirləri daxil olmaqla nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Onlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.  Bundan başqa Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində də bir sıra görüşlər keçiriblər. 

Modern.az xəbər verir ki, səfərdən razı qalan nümayəndə heyətinin rəhbəri, Latviya Respublikasının Özbəkistandakı səfiri, Duaen İqor Apokins Azərbaycan səfirinə təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir: “Mən Özbəkistan Respublikasında qeydiyyatda olan diplomatik korpusun adından sizin irəli sürdüyünüz təşəbbüsə görə minnətdarlıq edirəm.  Biz Azərbaycanla tanış olduq. Biz Azərbaycan xalqının səmimiyyət və qonaqpərvərliyinə heyran olduq.  Qədim “Odlar Yurdu”nun dinamık inkişafının,  bütün müstəvilərdə söhbətlərə açıq olan bir cəmiyyətin şahidi olduq.  Bu səfər zamanı biz həm qədim və müasir Bakı ilə tanışlıq imkanı yarandı.  Xarici İşlər Nazirliyinin rəhbər işçiləri ilə görüşdə də bir çox həqiqətləri öyrəndik. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdik. Bu səfəri təşkil etdiyinə görə Özbəkistan Respublikasındakı Azərbaycan səfirliyinə və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə xüsusi minnətdarlığımızı bildiririk.
İnanırıq ki,  öz tarixinizi, mədəniyyətinizi, siyasətinizi, iqtisadiyyatınızı belə diplomatik yanaşma ilə təbliğ etmək  üsulu bizim digər həmkarlarımız arasında da yayılacaq”.









Ləman Ağayeva



Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama