Modern.az

Cinayətdə şübhəli bilinən 102 nəfər SAXLANILIB

Cinayətdə şübhəli bilinən 102 nəfər SAXLANILIB

20 Mart 2023, 10:44

Martın 18-i və 19-da ölkə ərazisində qeydə alınan 138, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 56, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

 

Narkotiklərlə əlaqəli 61, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 102 nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda şok yenilik-Azərbaycan dilinə icazə verildi