Modern.az

Çin lideri Moskvada dondurma yeyəcək

Çin lideri Moskvada dondurma yeyəcək

Dünya

21 Mart 2023, 00:50

Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin çərşənbə axşamı şam yeməyində bir araya gələcək.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov Birinci Kanalın efirində bildirib.

 

O qeyd edib ki, şam yeməyi mədəni proqramla müşayiət olunacaq. Peskovun sözlərinə görə, menyuda çinli siyasətçinin bəyəndiyi hazır dondurma da olacaq.

 

“Ənənəvi olaraq, rus mətbəxi olacaq, yemək mədəni proqramla müşayiət olunacaq. Bu barədə sabah məlumat verəcəyik”, - deyə Peskov bildirib.

 

Xatırladaq ki, Çin lideri martın 20-də Moskvaya gəlib. O, Putinlə 4 saat yarım təkbətək görüş keçirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI