ABŞ prezidenti Co Bayden yenidən Çin sədri Si Tsinpin ilə danışmaq istəyir.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evdəki mənbə məlumat verib.
"Prezident Çin lideri ilə söhbətin aparılmasında maraqlıdır. ABŞ rəsmiləri bunun doğru zamanda baş verəcəyinə əmin olmaq istəyirlər", - deyə məlumatda qeyd olunub.
Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bunun önəminə diqqət çəkib: “Xüsusilə də gərginliyin çox yüksək olduğu bir vaxtda bu kommunikasiya xətlərini açıq saxlamağımız vacibdir”.