Modern.az

YAP-çı deputat: “Azərbaycanda erməni dili fakültəsi açılmalıdır”

YAP-çı deputat: “Azərbaycanda erməni dili fakültəsi açılmalıdır”

Təhsil

13 İyun 2013, 10:55

Milli Məclsin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri Aydın Mirzəzadə Azərbaycan Universitetlərində erməni dili fakültəsinin açılması ilə bağlı fikir bildirib. Modern.az-ın məlumatına görə, YAP-çı deputat Dağlıq Qarabağ müharibəsinin davam etdiyi bir dövrdə ali təhsil müəssisələrində erməni dili fakültələrinin açılması məqsədə uyğun olduğunu bildirib.

“Azərbaycan - Ermənistan Dağlıq Qarabağ münaqişəsi davam etməkdədir. Qonşu dövlətin Azərbaycan ərazilərinin bir hissəsini hələ də işğalda saxlayır və müharibə hələ bitməyib. İki dövlət arasındakı sərhədlər bu səbəbdən bağlıdır, işğal bitməyənə qədər hansısa bir iqtisadi və humanitar əlaqələrdən isə söhbət gedə bilməz. Bu həm Azərbaycan cəmiyyətinin, həm də iqtidarın qəti qərarıdır.

Müharibə və gərgin mübarizə təkcə cəbhə xəttində deyil, həmçinin ideoloji və təbliğat cəbhəsində də gedir. Ermənistan beynəlxalq aləmdə daima Azərbaycanla, Dağlıq Qarabağla bağlı dezinformasiya yaymaqda davam edir. Ancaq onun əsil siması rus, ingilis və digər xarici dillərdə gedən informasiyada deyil, erməni dilində çıxan informasiya vasitələrində, arxiv materiallarında, adi Ermənistan vətəndaşlarının mətbuatdakı çıxışlarında bilinir.

Bu baxımdan Azərbaycan universitetlərində erməni dili fakültələrinin açılması məqsədə uyğun olardı. Burada tək erməni dili və ədəbiyyatı deyil, onun tarixçilərinin dili ilə tarixi, erməni millətçilik ideologiyasının əsasları, iqtisadi çoğrafiyası, siyasi proseslərin gedişi də dərindən öyərnilə bilərdi”-deyə A.Mirzəzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, erməni dilli fakültə açılarsa belə qəbul bir başa aparılmamalıdır:

“Fakültəni ermənistanşünaslıq fakültəsi də adlandırmaq olar.  Bu fakültəyə qəbulu birbaşa aparmayıb, ikinci kursdan digər universitetlərin filologiya, tarix, politologiya, iqtisadiyyat ixtasaslarından maraqlı olanlardan da təşkil etmək olardı. Məzunların işlə təminatında asanlıq üşün onlara ikinci bir ixtisas da vermək mümkündür.

Bu siyasət tərkibində erməni dili üzrə magistratura və doktoranturada ixtisaslar da açmaq olardı. Bakı və digər şərələrdə erməni dili üzrə ixtisaslaşan litseylər də fəaliyyət göstərə bilərdi”.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama