Modern.az

Fatih Ərbakanın partiyası Ali Seçki Komissiyasının açıqlamasını təkzib etdi

Fatih Ərbakanın partiyası Ali Seçki Komissiyasının açıqlamasını təkzib etdi

Dünya

21 Mart 2023, 16:37

Türkiyənin Yenidən Rifah Partiyasının sədri, sabiq baş nazir Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakanın prezidentliyə namizədliyi üçün Ali Seçki Komissiyasına müraciət zamanı təqdim olunmuş sənədlərlə bağlı partiyadan açıqlama verilib.

 

Modern.az xəbər verir ki, bu barədə Yenidən Rifah Partiyasının rəsmi tviter səhifəsində paylaşım edilib.

 

Bildirilib ki, Fatih Ərbakanın prezidentliyə namizədliyi ilə bağlı Türkiyə Ali Seçki Komissiyasına verilmiş sənədlərdə heç bir əskiklik yoxdur.

 

Qeyd edək ki, bundan əvvəl Ali Seçki Komissiyasının 18 nəfərin prezidentliyə namizədlik üçün müraciət etməsi barədə açıqlamasında F.Ərbakanın sənədlərində problem olduğu və düzəlişlər edilməsi üçün Ankara vaxtı ilə 17:00-a qədər zaman verildiyi vurğulanmışdı.

 

Bu xəbər ilə bağlı
18 nəfər prezident olmaq istəyir - Siyahıda Ərdoğanla Kılıçdaroğlu niyə yoxdur?
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI