Modern.az

Zelenski Yaponiya Baş naziri ilə görüşdü

Zelenski Yaponiya Baş naziri ilə görüşdü

21 Mart 2023, 21:41

Martın 21-də Ukrayna prezidenti Volodimir Zelenski Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün sosial media hesablarında məlumat yayıb.

 

"Mən Kiyevdə Yaponiyanın baş naziri Fumio Kişidanı - beynəlxalq asayişin həqiqətən güclü müdafiəçisi və Ukraynanın dostunu salamlamağa şadam", - deyə Zelenski bildirib.

 

Onun sözlərinə görə, Kişida məhz BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin, ümumilikdə beynəlxalq təhlükəsizliyin qorunması məqsədilə qlobal liderliyin aktivləşdirilməsinin vacib olduğu bir vaxtda Ukraynaya gəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı