Qırğızıstan Gürcüstanda diplomatik nümayəndəlik açdı

Qırğızıstan Gürcüstanda diplomatik nümayəndəlik açdı

22 Mart 2023, 09:44

Gürcüstanda Qırğızıstanın diplomatik nümayəndəliyi açılıb.

 

Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, nümayəndəlik paytaxt Tbilisidə yox, Qara dəniz sahilindəki Poti şəhərində yerləşir.

 

İndiyədək Gürcüstan-Qırğızıstan münasibətləri ilə bağlı diplomatik kanallar Qırğızıstanın Bakıdakı səfirliyi vasitəsilə fəaliyyət göstərirdi.

 

"Biz iqtisadi, mədəni və humanitar sahələrdə mövcud potensialı reallaşdırmağa başlamışıq. Bu baxımdan biz daha fəal əməkdaşlıq edirik, bunun bariz nümunəsi konsulluğun açılmasıdır", - deyə səfir Kayrat Osmonaliyev bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ruben Vardanyan qadın paltarında Qarabağdan çıxmağa çalışıb