Modern.az

Şəffaf və etibarlı olmaq üçün bu sistemi hazırlamışıq - YSK sədri

Şəffaf və etibarlı olmaq üçün bu sistemi hazırlamışıq - YSK sədri

22 Mart 2023, 11:14

"Bu gün seçicilər tərəfindən namizəd göstərilməsi arzu edilən imzatoplama prosesi başlayıb və 27 martda başa çatacaq".

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener deyib.

 

Onun sözlərinə görə, ölkənin bütün vilayət və rayonlarında hansı namizədə nə qədər imza verildiyi real vaxt rejimində izlənəcək: "Şəffaf və etibarlı olmaq üçün bu sistemi hazırlamışıq".

 

Qeyd edək ki, Türkiyədə həm prezident, həm də parlament seçkiləri 14 mayda keçiriləcək. Dünən 11 namizədin seçkilər prosesinə buraxılması və namizəd olmaq üçün imzatoplama mərhələsinə keçməsi barədə qərar verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mövqelərimiz atəşə TUTULDU-4 hərbçi Ö*DÜ, 20-si yaralandı