Modern.az

Şahmatçılarımız Avropa Oyunlarında mübarizə aparacaq

Şahmatçılarımız Avropa Oyunlarında mübarizə aparacaq

İdman

22 Mart 2023, 13:44

Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarında şahmat yarışları olacaq.

 

Modern.az Avropa Şahmat İttifaqına istinadən xəbər verir ki, turnir iyunun 19-da baş tutacaq.

 

Qaydalara əsasən, 2 nəfərdən ibarət (1 kişi və 1 qadın) iştirakçı komandalar blitsdə mübarizə aparacaqlar.

 

Azərbaycanla yanaşı daha 7 ölkə yarışa qatılacaq. Yığmalar Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqə əsasən seçilir.

 

Reqlamentə görə komandalar dairəvi sistemlə çıxış edəcəklər. İlk dörd yeri tutanlar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

 

Qeyd edək ki, III Avropa Oyunları 9 - 25 iyunda gerçəkləşəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı