Modern.az

Azərbaycanəsilli yazar Türkiyədə deputatlığa namizəd oldu

Azərbaycanəsilli yazar Türkiyədə deputatlığa namizəd oldu

22 Mart 2023, 14:39

Azərbaycanəsilli araşdırmaçı-yazar, Anka Türk Birliyinin sədri, Qərbi Azərbaycan İcmasının Türkiyə təmsilçisi Dərya Akdəmirin mayın 14-də qardaş ölkədə keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında onun özü məlumat verib.

 

O bildirib ki, parlament seçkilərində iştirak etmək üçün İstanbul üçüncü seçki dairəsindən müstəqil olaraq namizədliyini irəli sürüb və Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi sənədlər qəbul olunub.

 

D.Akdəmir Türkiyə Böyük Millət Məclisində (TBMM) millət vəkili olmaq arzusunu belə əsaslandırıb:

 

"Türkiyə parlamentində bir Azərbaycan türkü olaraq təmsil edilməkdə məqsədim Türkiyə-Azərbaycan, eləcə də digər türkdilli dövlətlər arasında əlaqələrinin inkişafına bacardığım qədər dəstək verməkdir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı