Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası öz işinə başlayıb. Modern.az xəbər verir ki, iclasda Məlahət İbrahimqızı dünyanın bütün ölkəsində olan “Akkreditə olunmuş ailələr haqqında” qanun layihəsinə diqqəti çəkib. O bildirib ki, bu qanun layihəsi nəticəsində turistlərlə bərabər, otellərdə akkreditə olumuş ailələrdə də qalırlar. “Hesab edirəm ki, bu məsələyə bizdə də baxa bilərik, bununla bağlı seçicilər də müraciət edir. Azərbaycanda turizmlə bağlı böyük inkişaf var. Ailələrin daha yaxşı yaşamaları, ailələrin inkişafı və bu məsələyə qatışması üçün bu çox vacibdir”.
Bununla bağlı Oqtay Əsədova müraciət edən deputat bildirib ki, Milli Məclisin payız gündəliyinə sözügedən məsələnin qaldırılmasını xahiş edib.
Modern.az