Modern.az

Bu gün hava necə olacaq? - Proqnoz

Bu gün hava necə olacaq? - Proqnoz

23 Mart 2023, 08:23

Bakıda və Abşeron yarımadasında martın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 7-10° isti, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 50-60 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?