Milli Məclisin bugünkü iclasında millət vəkili çıxışı zamanı Xəzər dənizinin bəzi imkanlı şəxslər tərəfindən hasara alınmasını ciddi şəkildə tənqid edib. Modern.az-ın məlumatına görə, vətəndaşların çimərliyə gedə bilməməsinin səbəbləri barədə danışan deputat bildirib ki, Azərbaycanda pulsuz çimərliyin olmaması heç də yaxşı hal deyil.
“Mən özüm araşdırma aparmışam. Azərbaycandan bir dənə də olsun pulsuz çimərlik yoxdur. Dənizlərdəki çimərliklərə giriş 2-20 manat arasında dəyişir. Hər çimərlikdə bir qiymət tətbiq olunur”, – deyən millət vəkili məsələ ilə bağlı qanun layihəsi təklif edib.
“Bu qanunla hər bir vətəndaşa ayda 5 dəfə pulsuz çimərliyə getmək və 10 dəfə də pulsuz dəniz havası almaq hüquq verilsin. Hərə bir restoran tikir. Bu, acgözlük və görməmişlikdir. Ona görə də xahiş edirəm ki, sadə vətəndaşların dənizə və çimərliyə getməsi ilə bağlı qanun layihəsi qəbul olunsun. Çünki başqa çıxış yolu görmürəm”.
Modern.az