Modern.az

İqbal Ağazadə hakimiyyəti siyasi məhbusları buraxmağa çağırdı

İqbal Ağazadə hakimiyyəti siyasi məhbusları buraxmağa çağırdı

Təhsil

13 İyun 2013, 12:58



“İyunun 18-də beynəlxalq təşkilatların Azərbaycana siyasi məhbuslarla bağlı verdiyi vaxt tamam olur”. Modern.az-ın məlumatına görə bunu Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Milli Məclisin bugünkü iclasında deyib. O, həbsdə olan REAL hərəkatının sədri İlqar Məmmədovla da bağlı məsələyə toxunub.

“İlqar Məmmədovun azad olunması ilə bağlı iş getməlidir. Mən də vaxtilə bununla bağlı məsələ qaldırmışam. Hesab edirəm ki, NİDA-çılar və həbsdə olan digər siyasi fəaliyyətinə görə tutulanlar azadlığa çıxarılmalıdır. Əks halda Azərbaycanın imicinə mənfi təsir edəcək”-deyə İ. Ağazadə vurğulayıb.

  Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama