Modern.az

\"Altay\" tankı bu tarixdə Türkiyə ordusuna veriləcək 

\

23 Mart 2023, 11:33

Türkiyənin yerli istehsal "Altay" döyüş tankı gələn ay ölkənin silahlı qüvvələrinə təhvil veriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə tankı istehsal edən BMC şirkətinin baş direktoru Murat Yalçıntaş məlumat verib.

 

Tankın 23 aprel 2023-cü ildə sınaq üçün Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcəyi bildirilir. Sınaqlardan sonra tankın kütləvi istehsal prosesinə başlayacağı gözlənilir.

 

Qeyd edək ki, "Altay" Türkiyənin ilk yerli döyüş tankıdır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda şok yenilik-Azərbaycan dilinə icazə verildi