Modern.az

BMT nümayəndəsinə QHT-lərin fəaliyyətindən bəhs edilib

BMT nümayəndəsinə QHT-lərin fəaliyyətindən bəhs edilib

23 Mart 2023, 14:54

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti BMT-nin İnkişaf Proqramının Cenevrə ofisinin direktoru Aqi Vereslə görüşüb.

 

Modern.az xəbər verir ki, Agentliyin icraçı direktoru Aygün Əliyeva Azərbaycan vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti, qrant müsabiqələri, QHT-lərin beynəlxalq əməkdaşlıqları haqqında məlumat verib.

 

O bildirib ki, ötən il Agentlik və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ofisi arasında imzalanan Memorandumun əsas məqsədlərindən biri ölkəmizdə donor qismində fəaliyyət göstərən qurumun təsisatları ilə yerli QHT-lərin əlaqələrini gücləndirməkdir.

 

Nümayəndə heyətini BMT-nin İnkişaf Proqramının Cenevrə ofisində görməkdən məmnunluq duyduğunu bildirən Aqi Veres qeyd olunan istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsini dəstəkləyib.

 

O qeyd edib ki, BMT-nin İnkişaf Proqramı hər zaman QHT-lərin bilik və bacarıqlarının artırılması, müxtəlif mövzularda layihələrin icrasını dəstəkləyib.

 

Həmçinin Davamlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində üzv dövlətlərin vətəndaş cəmiyyəti təsisatları ilə sıx əməkdaşlıq edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Medvedyev özündən çıxdı-Necə də alçaqsınız!