Modern.az

Daha bir ölkədə "TikTok" QADAĞASI

Daha bir ölkədə

Aktual

23 Mart 2023, 20:34

Britaniya parlamentinin binasında Çinin "TikTok" sosial şəbəkəsindən istifadə edilməsi qadağan ediləcək.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, təhlükəsizlik səbəbi ilə sosial şəbəkə proqramı bütün parlament cihazlarında bloklanacaq.

 

Bundan əvvəl Britaniya hökuməti analoji qərar qəbul edib. Daha sonra İcmalar Palatası və Lordlar Palatasının komissiyaları da "TikTok"un qadağan edilməsinə qərar verib.

 

Qeyd edək ki, Çinə məxsus sosial şəbəkə təhlükəsizlik problemlərinə görə bir neçə Qərb ölkəsinin rəsmi qurumlarında qadağan edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycandan Ermənistana çagırış-Bakıya gəlin!