Modern.az

Bizə daha müasir döyüş təyyarələri lazımdır - Zelenski 

Bizə daha müasir döyüş təyyarələri lazımdır - Zelenski 

23 Mart 2023, 23:54

Ukrayna MiQ-lərin tədarükünə görə tərəfdaşlarına minnətdardır, lakin daha müasir təyyarələrə də ehtiyac var.

 

Modern.az xəbər verir ki, bunu Avropa İttifaqı liderlərinə videomüraciətində Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

 

O, Ukraynaya MiQ döyüş təyyarələri verdiyi üçün Polşa və Slovakiyaya təşəkkür edib.

 

Zelenski bildirib ki, bugünkü çatdırılma Ukrayna səmasının qorunmasını əhəmiyyətli dərəcədə gücləndirəcək. Lakin o, Ukraynanın daha müasir təyyarələrə ehtiyacı olduğunu da vurğulayıb və bu barədə tərəfdaşlarla danışıqlar apardığını qeyd edib.

 

Xatırladaq ki, bu gün Slovakiya Ukraynaya 4 ədəd MiQ-29 döyüş təyyarəsi verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?