Modern.az

Zelenski Çin lideri ilə danışıqlar aparmağı planlaşdırır 

Zelenski Çin lideri ilə danışıqlar aparmağı planlaşdırır 

24 Mart 2023, 00:30

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Çin lideri Si Cinpin arasında danışıqlar planlaşdırılır, lakin bəzi çətinliklər var.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

 

Onun sözlərinə görə, Prezident Aparatı və Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı Çin tərəfi ilə danışıqlar aparır, lakin hazırda Çinin müharibənin nizamlanmasında iştirakı ilə bağlı dəqiq mövqeyi yoxdur.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Çin lideri Rusiyaya səfər edib və burada Vladimir Putinlə danışıqlar aparıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi