Modern.az

Professor: Koronavirus artıq mövsümi qripə çevrilib

Professor: Koronavirus artıq mövsümi qripə çevrilib

24 Mart 2023, 11:04

COVID-19 artıq mövsümi qrip, bir növ virus infeksiyası qrupuna daxil ola bilər.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Koronavirus Elmi Komitəsinin üzvü Səma Kultufan Turan bildirib.

 

Onun sözlərinə görə, virusun quruluşu 3 ildə dəyişib və ağır xəstəliyə səbəb olma ehtimalı azaldıb.

 

"Covid-19 virusunun quruluşunun dəyişməsi nəticəsində ağır xəstəlik halları azalıb. Yəni xəstəliklə bağlı xəstəxanaya yerləşdirmə və reanimasiyaya ehtiyac nisbətləri azalıb", - deyə professor vurğulayıb.

 

Səma Kultufan Turan vurğulayıb ki, Covid-19 digər bütün virus infeksiyaları kimi yaşlı insanlar və əlavə xəstəlikləri olanlar üçün hər zaman ciddi risk daşıyır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok faktlar - Görün Nəcməddin Sadıkov 29 min pulla nə edib?