Modern.az

Ərdoğan yenidən Taksimdə toplaşanlara çağırış etdi

Ərdoğan yenidən Taksimdə toplaşanlara çağırış etdi

13 İyun 2013, 16:28



Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, baş nazir Rəcəb Tayyib Ərdoğan yenidən Gəzi parkı ilə bağlı danışıb. Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, baş nazir Avropa Parlamentinin onlarla bağlı verəcəyi qərarı tanımadığını bildirib.
“Bu qərarı verənlər öncə Yunanıstana baxsınlar. Yunanıstanda xalqla polis qarşı-qarşıya gələndə Avropa Birliyinin səlahiyyətli şəxsləri, hətta “avrozona” onlara pul verməkdən başqa nə etdi?”.

Baş nazir eyni zamanda dünən sənətçilərlə görüşü barədə gizli qalan məqamı da açıqlayıb. “Dünən sənətçilər gəldi. Bəziləri isə hələ gələcəkdir. Çox maraqlı şeylər dedilər, pis oldum. Milli və beynəlxalq qüvvələr bu sənətçilərimizə təzyiq göstərir. “Əgər ora gedərsənizsə bütün müqavilələri pozarıq. Reklam vermərik, yayımlama siyasətinizi nəzərdən keçirin”. Bəs demokratik idiniz, azadlıq tərəfdarı idiniz. Bu necə olur?”, – deyə Ərdoğan vurğulayıb.
Etirazçılara səslənən Ərdoğan “Səmimi olaraq tələbinizi qeyd etdiniz. Amma illeqal qruplar, səmimi olmayanlar var. Xahiş edirəm onlara aldanmayın”.  

Aytən ƏLİYEVA
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama