Modern.az

Ərbakanın oğlu namizədliyini geri götürdü - YENİLƏNİB 

Ərbakanın oğlu namizədliyini geri götürdü - YENİLƏNİB 

24 Mart 2023, 19:41

Türkiyə prezidenti postuna namizəd olan Fatih Ərbakan namizədliyini geri götürüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ərbakanın özü məlumat verib.

 

O, seçkilərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bildirib.

 

***

17:18

 

 

Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakanın rəhbərlik etdiyi Yenidən Rifah Partiyası "Cumhur İttifaqı"na qoşulub.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Bildirilir ki, partiya nümayəndələri ittifaq protokolunu Ali Seçki Komissiyasına təqdim ediblər. Yenidən Rifah Partiyası dördüncü partiya kimi "Cumhur İttifaqı"nın tərkibində seçkilərdə iştirak edəcək.

 

İndiyədək "Cumhur İttifaqı"nda Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) təmsil olunurdu.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi