Modern.az

Estoniya rusiyalı diplomatı ölkədən çıxarıb

Estoniya rusiyalı diplomatı ölkədən çıxarıb

24 Mart 2023, 20:03

Estoniya Xarici İşlər Nazirliyi rusiyalı diplomatı persona non-qrata elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilir ki, martın 24-də Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin müvəqqəti işlər vəkilini çağırıb və səfirliyin diplomatik korpusunun əməkdaşının persona non-qrata olduğunu elan edən diplomatik nota təqdim edib.

 

Qeyd olunur ki, rusiyalı diplomat Estoniyanın təhlükəsizliyini və konstitusiya sistemini sarsıdıb, Rusiyanın hərbi hərəkətlərinə haqq qazandıran təbliğat yayıb və Estoniya cəmiyyətində parçalanmaya səbəb olub.

 

O, həmçinin Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozmaqda ittiham olunur.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı