Avropa Parlamenti Türkiyədə baş verən “Gəzi olayları” ilə bağlı qərar qəbul edib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərarda Türkiyə hökumətinin aksiyaçılara qarşı zor tətbiq etməsi qətiyyətlə pislənilir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da qərar mətnində tənqid olunması diqqəti çəkən məqamlardandır. Avropa Parlamentində səs çoxluğu qəbul edilən qərar bu təşkilatda təmsil olunan Xristian-Demokratlar, Liberallar, Yaşıllar və Mühafizəkarların təklifi ilə hazırlanıb. Polisin vətəndaşlara müdaxiləsini özündə ehtiva edən qərarda Ərdoğana birləşdirici və uzlaşdırıcı mövqe sərgiləməsi də tövsiyə olunub.
Aqşin Kərimov