Modern.az

"Qalmaqallı" səfir Elmar Məmmədyarovla vidalaşdı

"Qalmaqallı" səfir Elmar Məmmədyarovla vidalaşdı

13 İyun 2013, 20:04


Xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının səfiri Herbert Quelleni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, görüşdə  Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb. 

Görüşdə Herbert Quelle Azərbaycanda tərəfinə əməkdaşlığa və göstərilmiş qonaqpərvərliyə görə minnətdarlıq bildirib. Həmçinin almaniyalı diplomat Azərbaycanın artan nüfuzunu qeyd edib. 

Nazir Elmar Məmmədyarov Herbert Quelleyə gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama