Modern.az

Millimiz səfərdə 2 qolla uduzdu

Millimiz səfərdə 2 qolla uduzdu

İdman

25 Mart 2023, 23:20

On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.

 

Modern.az xəbər verir ki, millimiz Bosniya və Herseqovinada keçirilən oyunda meydan sahibi ilə qarşılaşıb. Oyun 2:0 hesabı ilə Bosniya və Herseqovina komandasının xeyrinə başa çatıb.

 

Millimiz qrupda sonuncu oyununu martın 28-də Monteneqro komandasına qarşı keçirəcək.

 

Qeyd edək ki, seçməmiz ilk oyununda Qazaxıstan millisini məğlub edib – 2:0.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı