Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Necati Şaşmazdan sonra tanınmış aktrisa Hülya Avşarla da görüşüb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan Hülya Avşarla görüşündən sonra bu gün axşam saatlarında ölkənin məşhur sənətçiləri ilə də görüşəcək. Ərdoğana görüşdə 8 sənətçi - Sunay Akın, Yavuz Bingöl, Ceyda Düvenci, Halit Ergenç, Sertap Erener, Mahsun Kırmızıgül, Nebil Özgentürk ve Ali Sunal iştirak edəcək.
Görüşdə Türkiyədə son günlər baş verən etiraz aksiyaları ilə bağlı fikir mübadiləri aparılacaq, baş nazir bu istiqamətdə sənətçilərə öz tapşırıqlarını verəcək. Qeyd edək ki, Ərdoğanla “Kurtlar Vadisi Pusu” serialının baş qəhrəmanı Necati Şaşmazın ötən gün baş tutan görüşü böyük rezonans doğurub. Xüsusən də görüşdən sonra Necati Şaşmazın Gezi olayları haqda mətbuata verdiyi açıqlama mətbuatda geniş müzakirə olunub. Modern.az