Modern.az

Ukrayna Baxmutda gündəlik 100-200 hərbçi itirir

Ukrayna Baxmutda gündəlik 100-200 hərbçi itirir

26 Mart 2023, 14:36

Ukrayna Silahlı Qüvvələri Baxmut uğrunda gedən döyüşlərdə gündəlik 100-dən 200-ə qədər hərbçi itirir.

 

Modern.az xəbər verir ki, bu rəqəmləri “Sunday Times” qəzeti hesablayıb.

 

Nəşr yazıb ki, Ukrayna tərəfinin verdiyi ağır itkilər Kiyevi sonda şəhəri tərk etməyə məcbur edə bilər. Ukrayna Silahlı Qüvvələri nəyin bahasına olursa, olsun, şəhəri saxlamaqla Slavyansk və Kramatorska geri çəkilmək arasında seçim etməli olacaq. 

 

"Burada artıq möhkəmləndirilmiş mövqelər Rusiyanın irəliləyişinin qarşısını almaq üçün hazırlanıb", - deyə qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı