Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 155 vaksin vurulub.
Modern.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 61, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 50, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 3 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 953 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 654, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 794, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 715, pozitiv nəticədən sonra buster doza olunanların sayı 265 874 təşkil edir.