Modern.az

İran bu gün yeni prezidentini seçir

İran bu gün yeni prezidentini seçir

14 İyun 2013, 09:30


Bu gün İranda 11-ci prezident seçkiləri keçirilir. Modern.az-ın məlumatına görə, 50 milyondan səsvermə hüququ olan iranlı ölkənin 66 min seçki məntəqəsində prezidentliyə namizədlərə səs verəcək.
4 il müddətinə seçiləcək İranın yeni prezidenti 6 namizəddən biri olmalıdır. Bunlar aşağıdakılardır.

Səid Cəlili, Ali Milli Təhlükəsizlik Şurasının rəisi
Əli Əkbər Vilayəti, dini liderin baş müşaviri
Məhəmmədbağır Qalibaf, Tehranın meri
Həsən Ruhani, dini liderin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi (islahatçıların namizədi)
Möhsün Rzayi, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü
Məhəmməd Qərəzi, “Məşanir” şirkətinin baş direktoru.

Namizədlər arasında Səid Cəlili, Həsən Ruhani və Məhəmmədbağır Qalibafın şansı daha yüksək qiymətləndirilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama