Modern.az

Seçki ərəfəsində Avropa parlamentindən Bakıya təzyiq

Seçki ərəfəsində Avropa parlamentindən Bakıya təzyiq

14 İyun 2013, 10:12

“Ölkəmizin uğurları Avropada bir sıra dairələrin xoşuna gəlmir”

Dünən sosial demokratlardan ibarət deputat qrupunun Avropa Parlamentinin sessiyasına təklif etdiyi Azərbaycanla bağlı qətnamə qəbul edilib. Birtərəfli formada hazırlanmış qətnamədə Azərbaycanda seçkiqabağı son ictimai-siyasi vəziyyət, medianın vəziyyəti və siyasi motivlərlə həbs olunduğu iddia edilən şəxslərə dəstəyi əks etdirən müddəlar var. Qətnamənin təşəbbüsçüləri Avropa Parlamentnin sosial demokrat Alyansıdır.

Qeyd edək ki, bu sənəd Azərbaycanın enerji resurslarının Avropaya nəqli üçün mühüm olan bir seçim dönməində gündəliyə çıxarılır. Belə ki, bu ay Azərbaycan qazının Qərbə çıxarılamsının son marşrutu müəyyən olunacaq və razılaşdırılacaq. Belə bir həssas məqamda Avropa Parlamentində rəsmi Bakıya təzyiq elementlərinin qabarıq şəkildə üzə çıxması bir sıra suallar yaradır.

Modern.az-a açıqlamasında AVRONEST-in Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri, millət vəkili Fuad Muradov bildirib ki, Avropa Parlamentinin bu addımı birmənalı deyil.  

“Azərbaycanın enerji siyasətinin birmənalı olaraq müstəqil müəyyən etməsi Avropada ölkəmizin uğurlarını qısqanclıqla qarşılayan bir sıra dairələrin xoşuna gəlmir. Çox incə və həssas geopolitik bir “oyunda” bir-biri ilə rəqabət aparan bu qruplar seçki ərəfəsində olan rəsmi Bakıya təzyiq elementi kimi belə yollara əl ata bilərlər. Bütün hallarda Azərbaycan cəmiyyəti belə təzyiqlərin olacağını bilir. Lakin xalq öz dövlətinin müstəqilliyinin qorumağa qadirdir ”-deyə deputat vurğulayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama