Modern.az

Litvadan Belarusa nüvə silahının yerləşdirilməsinə REAKSİYA 

Litvadan Belarusa nüvə silahının yerləşdirilməsinə REAKSİYA 

27 Mart 2023, 00:33

Litva hazırda Avropa İttifaqında müzakirə olunan sanksiyalar paketinə Moskva və Minskə qarşı əlavə məhdudiyyətlərin daxil edilməsini xahiş edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyindən bildirilib. 

 

“Litva Avro-Atlantik tərəfdaşları ilə birlikdə Rusiya və Belarusun bu militarist planlarına necə cavab verəcəyinə qərar verəcək. Getdikcə daha çox suverenliyini itirən, Rusiya təcavüzünü dəstəkləyən və kömək edən və getdikcə Rusiyanın hərbi planlarına inteqrasiya edən Belarus Baltikyanı region üçün əlavə risk faktorudur”, - Litva Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

Martın 25-də Rusiya prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahları üçün anbarın tikintisinin iyulun 1-dək başa çatacağını elan edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI