Modern.az

Bayramdan sonra ilk iş gününün HAVASI

Bayramdan sonra ilk iş gününün HAVASI

Ölkə

27 Mart 2023, 07:48

Bu günün hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

 

Səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım