Modern.az

Şimali Koreya iki ballistik raket atdı 

Şimali Koreya iki ballistik raket atdı 

27 Mart 2023, 08:00

Şimali Koreya Yapon dənizinə iki ballistik raket atıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Yonhap" və NHK agentlikləri məlumat yayıb.

 

İlkin məlumata görə, onlardan biri Yaponiyanın eksklüziv iqtisadi zonasından kənara düşüb. Hərbçilər raketin uçuş məsafəsini və hündürlüyünü təhlil edirlər. 

 

Qeyd edək ki, Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinə cavab olaraq son vaxtlar raket buraxılışlarının sayını artırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI