Modern.az

Zelenski hərbçilərlə xüsusi müşavirə keçirdi

Zelenski hərbçilərlə xüsusi müşavirə keçirdi

27 Mart 2023, 07:40

Ukrayna Prezidenti Volodimir Zelenski hərbçilərlə xüsusi müşavirə keçirib və ölkənin müdafiə məsələlərini müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində bildirib.

 

“Bu gün hərbçilərlə müşavirə olub – xüsusi hərbi görüş, özəl iştirakçı çevrəsi. Təhlükəsizlik sektoru üzrə həmçinin müşavirə keçirdim. Müdafiə, həm xarici təhdidlərdən, həm də daxili təhdidlərdən müdafiəmizin gücləndirilməsi. Cavab addımlarımızı hazırlayırıq”, - Ukrayna lideri vurğulayıb.

 

Ali baş komandanın sözlərinə görə, bütün diqqət daim ön xətdəki durum üzərindədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI