Modern.az

ABŞ qoşunlarını Suriyadan çıxarmayacaq

ABŞ qoşunlarını Suriyadan çıxarmayacaq

27 Mart 2023, 08:52

ABŞ prezidenti Co Bayden Suriyada Amerika qoşunlarının mövcudluğunu saxlamağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi bildirib.

 

“Bizim İŞİD-ə qarşı missiyamız dəyişməyəcək. Suriyada qeyd edilən qruplaşmaya qarşı vuruşan 1000-ə qədər hərbçimiz var. Bu qruplaşma azalsa da, hələ canlıdır”, - deyə Kirbi vurğulayıb.

 

Qeyd edək ki, ABŞ hazırda Suriyada kiçik hərbi birləşmələr saxlayır. Onlar neft və qaz yataqlarını nəzarətdə saxlayır. Rəsmi Dəməşq həmin qüvvələrin öz ərazisindən çıxarılmasını tələb edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI