Modern.az

Rəsul Quliyev: "Rüstəm İbrahimbəyovla görüşdüm"

Rəsul Quliyev: "Rüstəm İbrahimbəyovla görüşdüm"

14 İyun 2013, 10:21

Milli Şura yaranandan bəri mətbuatda gözə dəyməyən eks-spiker, Açıq Cəmiyyət Partiyasının ABŞ-da yaşayan lideri Rəsul Quliyev Modern.az-a danışdı. Milli Məclisin sabiq sədri bir neçə gün mətbuatdan uzaq olmasının səbəbini işlərinin çox olması ilə əlaqələndirdi.

R.Quliyev daha sonra Amerikada Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla görüşməsi haqda Modern.az-ın iki gün öncə yazdıqlarını təsdiqlədi. ACP lideri Rüstəm İbrahimbəyovla görüşdüyünü söyləsə də, görüşün təfərrüatları barədə məlumat vermək istəmədi.

Eks-spiker daha sonra üzvü olduğu Milli Şuraya toxunaraq, üç gündən sonra bu qurumun perspektivinə dair mətbuata geniş açıqlama verəcəyini bildirdi.

“Sözsüz Rüstəm İbrahimbəyovla görüşdük, ancaq geniş müsahibə verməyə vaxtım yoxdur, üç gündən sonra bütün suallarınızı göndərin, cavablandıracağam. Milli Şura barədə də nə sualınız olsa, cavab verəcəyəm”-deyə R.Quliyev qeyd edib.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi